Sunil Şetti

Sunil Şetti

Aktyor, prodüser

BİOQRAFİYA

Sunil Virappa Şetti 11 avqust 1961-ci ildə Mulkidə (Hindistan) anadan olub. Sunil Karnataka ştatında nadir bunt xalqının ailəsində anadan olub. 1992-ci ildə Balwaan filmində ulduz Diviya Bharti ilə çəkilib. Uğur qazanan film Sunilə məşhurluq gətirir. Ardınca “Məhəbbətin təsiri”, Anth, “Çaqqal” Gopi Kishan, Krishna, Sapoot, “Qanun keşiyində”, “Sərhəd”, “Qardaş”, “Ürək döyüntüsü”, Yeh Teraa Ghar Yeh Meraa Ghar, "Mən sənin yanındayam”! və Red Alert: The War Within filmlərində çəkilib. 1990-cı illərdə Sunil əsasən kəskin filmlərində baş rolda çəkilirdi. 2000-ci ildən etibarən isə multiulduz layihələrdə çəkilməyə başladı. Eyni zamanda Popcorn Motion Pictures şirkətinin adı altında Khel – No Ordinary Game, Rakht, Bhagam Bhag və Mission Istanbul filmlərinə prodüserlik edib.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D1%82%D1%82%D0%B8,_%D0%A1%D1%83%D0%BD%D0%B8%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç