Conni Lever

Conni Lever

Aktyor

BİOQRAFİYA

Conni Lever 14 avqust 1957–ci ildə Hindistanda anadan olub. Hind aktyoru və məşhur komikdir. Bir zamanlar Hindistanda stend ap komiklərindən biri olub. Lever “Ən yaxşı komediya roluna görə” 13 dəfə "Filmfare Awards" mükafatına namizəd olub və iki dəfə - “Sevgi əzabı” (1997) və “Bəy Rac” (Dulhe Raja, 1998) filmlərindəki roluna görə mükafata layiq görülüb. Karyerasının başlanğıcından indiyənədək Bollivudun 300-dən artıq filminə çəkilib. Lever xristian hinduları-teluqların ailəsində anadan olub. Lever çoxuşaqlı ailənin ilk övladıdır. Onun üç bacısı və iki qardaşı var. Lever yeddinci sinfədək Andhra ingilisdilli orta məktəbdə oxuyub. Lakin ailədə maliyyə problemləri ilə əlaqədar təhsilini davam etdirə bilməyib. Məktəbi tərk edən Lever Mumbay küçələrində qələm satışı ilə məşğul olur. Kino ulduzlarını yamsılayaraq Bollivudun musiqiləri altında rəqs edib. Hindistanın "Lever Limited" şirkətində işlədiyi dönəmlərdə baş zabitləri yamsılayarkən, ona Con Rao deyil, Conni Lever adını veriblər. Kino sənayesinə baş vurduqdan sonra isə o, bu adı saxlamaq qərarına gəlir.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Johnny_Lever

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç