Akşay Khanna
Aktyor
Akşay Khanna – məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Khanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Khanna məşhur hindistanlı aktyor və prodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır. Akşay yerinə yetirdiyi uğurlu işinə görə atasının onunla fəxr etməsindən qürur keçirirdi. O zamandan Akşay çəkilişlərə fasilə vermədən çalışaraq məşhurlaşıb və qadın pərəstişkarların qəlbini ələ alıb. Son bir neçə ildə rejissor Nirac Voraboyevikin “Uğura gedən yol” komediya, “Qəzəb” kəskin, “Yalan kralı” macəra filmində, 2012-ci ildə rejissor Rumi Cafferinin “Ətrafda yalnız oğrulardır” filmində çəkilib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Akshaye_Khanna