Uill Sempson

Uill Sempson

Aktyor

BİOQRAFİYA

Uill Sempson 27 sentyabr 1933-cü ildə anadan olub. Amerikalı kinoaktyor, rəssam, əslən hindu krik (maskoqi) Hindu Yaranışının dini liderlərindən biridir. Rodeo üzrə çempiondur. Miloş Formanın “Ququ quşu yuvasının üzərindən uçarkən” (1975) kult filmindəki qəbilə başçısı Bromden rolu ilə məşhurlaşıb. Kino karyerasına 40 yaşında başlayıb və “Ququ quşu yuvasının üzərindən uçarkən” (1975)  filmi ilə debüt edib. Aktyorun katibinin sözlərinə görə Sempsonun ikinci dərəcəli rola görə “Oskar” mükafatına namizəd olmağı təklif olunsada, nominasiya haqqında qərar digər aktyorun xeyrinə qəbul olunub. Həyatının son 12 ili aktyor böyük əksəriyyətinin nüfuzlu mükafatlara layiq görüldüyü 30 film və teleseriallarda çəkilib. Uill Sempson on uşaq atasıdır. Böyük oğlu Tim Sempson, atası kimi aktyordur. 3 iyun 1987-ci ildə dünyasını dəyişib. 


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%8D%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%A3%D0%B8%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç