Bo Derek
Aktrisa, prodüser
Bo Derek 20 noyabr 1956-cı ildə Lonq-Biçdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Amerikalı aktrisa və fotomodel, Con Derekin dul arvadıdır. 1980-cı illərdən etibarən "Playboy" jurnalına çəkilib. Onun əri Con isə onun dəyişməz fotoqrafı olub. Ərinin ölümündən sonra mətbuatda onun Pol makkartni, Kifer Sazerlənd, Ted Terner ilə eşq yaşadığı deyilirdi. Bo Santa-Barbarada məşhur serialdakı roluna görə tanınan aktyor Con Korbet ilə yaşayır. 2006-cı ildə aktrisa “Dünya gözəli” gözəllik yarışmasında münsiflər heyətinin üzvü olub. Bo Derek rejissor Bleyk Edvardsın “Onluq” (1979) filmindəki roluna görə “Qızıl qlobus” mükafatına namizəd olub. Lakin mükafarı “Qızıl gül” filminə görə Bett Midler alıb. Derek dəfələrlə ən pis qadın roluna görə “Qızıl moruq” anti-mükafata layiq görülüb. 1991-ci ildə çəkildiyi “Kabuslar bunu edə bilmir” (1990) filminə görə ən pis aktrisa, film isə ən pis film adına layiq görülüb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D1%80%D0%B5%D0%BA,_%D0%91%D0%BE