Cim Abrahams
Rejissor, ssenarist, prodüser, aktyor
Cim Abrahams – amerikalı kinorejissor, ssenarist və prodüserdir. Daha çox Devid və Cerri Suker qardaşları ilə trio şəklində yaratdığı filmləri: “Aeoroplan”, “Tam Məxfi!” – ilə tanınır. 10 may 1944-cü ildə ABŞ-ın Viskonsin ştatının Şorvud şəhərində yəhudi elmi işçi Luiza M. Abrahams və hüquqşünas Norman S. Abrahamsın ailəsində anadan olub. Viskonsin Universitetində oxuduğu illərdə Devid və Cerri Suker qardaşları ilə tanış olub. 1969-cu ildə onlar birlikdə Medison şəhərində “Kentucky Fried” teatrını yaradıblar. Trio həmin teatrda müxtəlif parodiya və satirik sketçləri səhnəyə qoyub. Kifayət qədər uğur qazanan üçlük, sonradan Los-Ancelesə köçür. Onlar orada “Kentukinin şoran otları” (1977) filmini ərsəyə gətirirlər, lentin rejissorluğunu Con Lendisə həvalə edirlər. Həmin lentdə onlar filmləri, televiziyanı, reklamları və həmin dövrün digər gündəmdə olan trendlərini parodiya edir. Film gözlənilmədən böyük uğura imza atır və bu yaradıcı ittifaqı daha da möhkəmləndirir. Cimin nailiyyətlərinə gəlincə, 1981-ci ildə “Aeroplan” filminə yazdığı ssenariyə görə BAFTA mükafatına namizəd olub və Amerika ssenaristləri İttifaqının mükafatına layiq görülüb. 1982-ci ildə “Polis bölməsi” teleserialına yazdığı ssenariyə görə “Emmi” nominantı olub. 1989-cu ildə Zuker qardaşları ilə birlikdə “Çılpaq Tapança” filminə görə komedioqraf adını qazanıb. 2004-cü ildə janrın inkişafına verdiyi töhfələrə görə Komediya festivalının mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D1%80%D0%B0%D1%85%D0%B0%D0%BC%D1%81,_%D0%94%D0%B6%D0%B8%D0%BC