Süzi Eymis

Süzi Eymis

Aktrisa, prodüser

BİOQRAFİYA

Süzi Emis 5 yanvar 1962-ci ildə anadan olub. Model karyerasını bitirdikdən sonra Emis “Çikaqo blüz” (1987), “Qibraltara raket” (1988), “Qasırğa”  (1989) “Ürək olan yerdə ev” (1990) filmlərinə çəkilib. 1993-cü ildə “Balaca qızcığaz Conun balladası” vesternində baş rolu karyerasında ən uğurlu işidir. Film on doqquzuncu əsrdə yaşayan və doğma şəhərindən qaçmaq üçün kişi paltraı geyinərək sərhədi keçmək istəyən gənc qadından bəhs edir. Emis filmdəki aktyor oynuna görə ən yaxşı aktrisa nominasiyasında “Müstəqil ruh” mükafatına namizəd olub. Nəticədə o “Alovla məhv olunan” trillerində baş qadın rolunu ifa edib. “Şübhəli simalar”, “Titanik” filmlərində çəkilib. Sonuncu filmdə Gloriyanın nəvəsi rolunu ifa edib. 1985-1994 cü illərdə aktyor Sem Robardsla evli olub. Birgə nikahdan 1990-cı ilin aprelində oğlu dünyaya gəlib. 2000-ci ilin 4 iyun tarixindən Titanik filminin çəkilişlərində tanış olduğu rejissor Ceyms Kemeronla ailəlidir. Onların üç uşağı var.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BC%D0%B8%D1%81,_%D0%A1%D1%8C%D1%8E%D0%B7%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç