Sonoya Midzuno

Sonoya Midzuno

Aktrisa

BİOQRAFİYA

Sonoya Midzuno – yapon əsilli britanialı aktrisa, fotomodel və balet rəqqasəsidir. 1 iyul 1988-ci ildə Tokyoda anadan olub. Ancaq erkən yaşlarında ailəsi ilə birlikdə Böyük Britaniyanın Somerset şəhərinə köçüb .Atası yapon, anası yarı britaniyalı, yarı argentinalıdır. Uşaqlığında Royal Ballet School məktəbində oxuyub. Orta təhsili başa vurduqdan sonra bir neçə ballet truppası, o cümlədən SemperoperBallet, Ballet İreland, New English Ballet Theatre və Scottish Ballet truppalarında aktyorluq sənətinin incəliklərini öyrənib. 20 yaşında olanda fotomodel karyerasına başlayıb, “Chanel”, “Alexander McQueen”, “Saint Laurent” və “Louis Vuitton” kimi brendlər üçün poz verib. 2014-cü il ərzində Midzuno Artur Pitin “Möhtəşəm Şou” tamaşasında iştirak edib. Kinoda debütü  Aleks Qarlendin “Eks Maşın”  elmi-fantastik trillerində baş tutub. Kino böyük ekranlara 2015-ci ilin yanvar ayında çıxıb. Elə həmin il Maykl Damianın “Yüksək gərginlik” filmində epizodik rəqqasə roluna çəkilib. 2016-cı ildə “The Chemical Brothers”  və “Beck” duetinin “Wide open” mahnısına videoklip çəkib.2017-ci ildə Disneyin “Gözəl və bədheybət” kinofilmində epizodik rola çəkilib. Bundan başqa “Çılğın zəngin asiyalılar” filminin aktyor heyətində yer alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%B4%D0%B7%D1%83%D0%BD%D0%BE,_%D0%A1%D0%BE%D0%BD%D0%BE%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç