Ceyson Skott Li

Ceyson Skott Li

Aktyor

BİOQRAFİYA

Ceyson Skott Li – amerikalı aktyordur. Çin və Havay əsillidir. 19 noyabr 1966-cı ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olub. “Əjdaha: Brüs Linin həyatı” filmində Brüs Lini oynayıb. Bundan başqa, Kiplinqin məşhur romanının ən uğurlu və klassikaya çevrilmiş ekran adaptasiyalarından olan “Cəngəlliklər kitabı”nda Mauqli rolu ilə tanınır. Brüs Linin şagirdi Cerri Potitin yanında bir neçə il Cit Kun-Do döyüş sənəti üzrə təlim keçib. "Əjdaha" filminin kastinqlərindən əvvəl Brüs Li rolunu məşhur döyüş ustasının aktyor oğlu Brendon Li oynamalı idi. Ancaq sonuncu 1993-cü ildə “Qarğa” filminin çəkilişləri zamanı faciəvi şəkildə həlak olur. Brüs Linin qızı Li Şennon filmdə “Kaliforniya arzusu” mahnısını ifa edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Jason_Scott_Lee

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç