Toqo İqava
Aktyor
Toqo İqava – yaponiyalı televiziya, teatr və kino aktyorudur. Kral Şekspir Kompaniyasının üzvü olmuş ilk yapon aktyordur. Toqo İqava 26 sentyabr 1946-cı ildə Yaponiyanın Tokio şəhərində anadan olub. Aktyorluq sənətini The Hiyuza Theatre Company teatrının studiyasında öyrənib. Həmçinin Toho Gakuen Dram və Musiqi Kollecində oxuyub. 1968-ci ildə Centre 68 teatr truppasına qoşulub. Truppa sonradan adını The Black Tent Theatre-a dəyişib. Həmin truppa ilə bütün Yaponiya boyunca qastrol səfərlərə çıxıb, 120-dən çox şəhərdə səhnəyə çıxıb. 1983-cü ildə Toqo İqava İngiltərəyə köçüb. Həmin vaxtdan bəri mütəmadi olaraq teatr tamaşalarında, televiziya və radio layihələrində iştirak edir. Toqo İqava beynəlxalq miqyaslı artistdir, müxtəlif dünya ölkələrindən təklifləri qəbul edir. Onun əlamətdar filmləri arasında “Revolver”, “Geniş qapalı gözlərlə”, “Geyşanın memuarları”, “Sonuncu samuray”, “47 Ronin”, “Everli” (2015) kimi filmlər var. 2011-ci ildə “Conni İnqliş 2” komediya-döyüş filminə çəkilib. Bundan başqa “Robotboy” cizgi serialında professor Moşimo personajını səsləndirib. Aktyor Oskfordşirin şimalında nüfuzlu baş aşbaz olan həyat yoldaşı Adrienn Beba ilə yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/togo_igawa/