Medison Devenport

Medison Devenport

Aktrisa

BİOQRAFİYA

Medison Devenport 22 noyabr 1996–cı ildə San-Antonio şəhərində (Texas ştatı, ABŞ) anadan olub. 2005-ci ildə “Parker harmoniyası” qısametrajlı filmində, “Kirli əlaqələr” komediya dramında epizodik rolda çəkilib. Gənc aktrisa bir neçə “Sümüklər”, “Təcili yardım”, “Həkim Haus” və sair məşhur şoxseriyalı layihələrdə çəkilib. 2006-cı ildə Medison Devenport “Meşə qardaşlığı” animasiya filmində Kuillo obrazını səsləndirib. İki ildən sonra Disney kanalının məşhur layihəsində iştirak edərək “Xüsusi agent Oso” cizgi filminin personajını səsləndirib. 2010-cu ildə Medison “Amişa ilə xudafizləşmə” televiziya filmində çəkilib. O məktəbdə atışma zamanı vəfat edən balaca Meri Bet obrazını canlandırıb. “Cek və paxla saplağı” nağılında Destin rolunu ifa edib. 2011-ci ildə Medison “Mübtəlalıq” trillerində çəkilib və “Nuh” epik filminin yaradıcısı əfsanəvi rejissor Darren Aranofski ilə müqavilə imzalayıb. Medison Devenport Hamın sevgilisi Nael rolunda çəkilib. 2014-cü ildə rejissor Robert Rodrigesin “Qürubdan sübhədək” serialında Medison Keyt Fuller rolunda çəkilib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B2%D0%B5%D0%BD%D0%BF%D0%BE%D1%80%D1%82,_%D0%9C%D1%8D%D0%B4%D0%B8%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç