Elizabet Rizer

Elizabet Rizer

Aktrisa

BİOQRAFİYA

Elizabet Rizer 15 iyun 1975-ci ildə anadan olub. Daha çox “Alatoranlıq” filmində Esmi Kallen obrazı ilə tanınıb. Aktyorluq karyerasında çətinliklərlə üzləşib. Lakin “İstiqamətləndirici işıq” gündüz dram serialında rollardan birini ifa edən Elizabet, o andan istər ikinci dərəcəli, istərsə də baş rollara dəvət alaraq əsl kino, televiziya və teatr aktrisasına çevrilir. 2004-cü ilin oktyabrında "Interview" jurnalı onu incəsənət sahəsində on dörd istedadlı qadın siyahısına daxil edib. 2007-ci ildə “ən yaxşı aktrisa” kateqoriyasında “Azad ruh” mükafatına namizəd olub. “Ehtiras anatomiyası” teleserialındakı epizodlardan birindəki Eva roluna görə “Emmi” mükafatına namizəd olub. Eyni zamanda dram serialında "ən yaxşı aktyor tərkibi kateqoriyası"nda ABŞ aktyorlar gildiyasının mükafatına namizəd olublar.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B7%D0%B5%D1%80,_%D0%AD%D0%BB%D0%B8%D0%B7%D0%B0%D0%B1%D0%B5%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç