Stiven Veddinqton

Stiven Veddinqton

Aktyor, ssenarist

BİOQRAFİYA

Stiven Veddinqton – britaniyalı aktyordur. “II Eduar” filmində baş rolu ifa edib. Həmçinin “Larqo Vinç: Başlanğıc”, “Arn: Tampliyer-cəngavər”, “Yuxulu dərə” filmlərində ikinci dərəcəli rollar oynayıb. Stiven Veddinqton 28 noyabr 1968-ci ildə İngiltərənin Lids şəhərində Everill Stabbs və Piter Veddinqtonun ailəsində dünyaya göz açıb. “Old Farnley” ibtidai məktəbini, ardınca “Ryecroft” orta məktəbini bitirib. Lids şəhərinin “İntake” ali məktəbini bitirib. Məktəb pyeslərində iştirak edib, Yorkşir telekanalının bir neçə teletamaşalarında görüntülənib. 18 yaşı tamam olandan sonra “East 15 Acting School” dram incəsənət məktəbinə qəbul olunub. 1989-cu ilin yay aylarında məktəbi bitirərək, “The Royal Shakespeare Company” truppasına qoşulub. Ueddinqton ilk rolunu “II Edvard” tarixi filmində oynayıb. Stiven tanınmış aktrisa və model Ceyn Marçla evlidir. Onların bu nikahdan bir oğlu var. Stiven üç filmdə birlikdə çəkildiyi aktyor Kasper van Dienl dostluq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D1%8D%D0%B4%D0%B4%D0%B8%D0%BD%D0%B3%D1%82%D0%BE%D0%BD,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç