Şon Pertvi

Şon Pertvi

Aktyor, rejissor

BİOQRAFİYA

Şon Pertvi 4 iyun 1964-cü ildə Londonda (İngiltərə) anadan olub. O britaniyalı teleaktrisa Dariel Pertvinin kiçik qardaşı, aktyor və dramaturq Roland Pertvinin nəvəsi, dramaturq və ssenarist Maykl Pertvinin qardaşı oğlu, aktyor Bill Pertvinin uzaq qohumudur. Atası kifayət qədər nüfuzlu britaniyalı aktyor Con Pertvidir, “Doktor Kim” kult britaniya serialında baş rolu ifa edən üçüncü aktyor olub. Şon Pertvi təhsilini İvisdə, hippi komunasına aid məktəbdə alıb. İngiltərəyə qayıtdıqdan sonra uyğunlaşmaqla bağlı problemləri olub, keçid dövrü və intizamsızlığı özünü büruzə verib. Con Pertvinin televiziyaya aktiv şəkildə çəkilməsi, digər yandan atasının nüfuzu, onu hər zaman nəzər nöqtəsində saxlayıb. Onu üç ayrı məktəbdən qovublar. Sanberi kollecində təhsilinin yarımçıq qalmasından sonra ailə dəyərləri və ənənələrinə sadiq qalıb, atasının yolu ilə getməyə qərar verib. Beləcə Bristol şəhərində yerləşən Old Vik teatr məktəbinə daxil olub. Oranı 1986-cı ildə bitirib. Gəncliyində bir müddət pank-rokla maraqlanıb, hətta özü “King Kurt” pank qrupunun üzvü də olub. Buraxılan albomların üz qabıqlarının rəsmlərini özü çəkib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D1%82%D0%B2%D0%B8,_%D0%A8%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç