Anna Mixalkova

Anna Mixalkova

Aktrisa, prodüser

BİOQRAFİYA

Anna Nikitiçna Mixalkova rusiyalı kino və teatr aktrisası, prodüser, aparıcı, foromodeldir. 14 may 1974-cü ildə Moskva şəhərində rejissor və aktyor Nikita Sergeyeviç Mixalkovun və Tatyana Mixalkovanın (1997–ci ildən Rus Siluet fondunun prezidentidir) ailəsində anadan olub. Atasının A.P.Şexovun hekayələrinin süjet motivləri əsasında çəkdiyi “Qara gözlər” filmində epizodik rola çəkilməklə kinoda debüt edib. İ.S.Turgenyevin “ilk məhəbbət” povestinin ekranlaşdırmasında Zinaida rolunda çəkilib. Ardınca rejissor Sergey Qazarovun “Revizor” və Vasiliy Piçuliinin “Almazlı səma”, Nikita Mixalkovun “Sibir əsiri” filmlərində çəkilib. 2006-cı ildə rejissor Kirill Serebrennikovun “Yalançı qurban” filmində polis Lyuda roluna görə “Nika” mükafaına namizəd olub. Rejissor Dmitriy Meshiyevin İkinci Dünya müharibəsi haqqında çəkdiyi “Özünkülər” filminə Katerina rolu ona məşhurluq gətirib. 2002-ci ildən “Spokoynoy noçi, malışi” uşaq verilişinin aparıcısıdır. 2003-cü ildə Rusiyanın kinooperatorlar Gildiyası tərəfindən tammetrajlı bədii filmlərin ən yaxşı operator işinə görə verilən “Ağ kvadrat” kinooperator mükafatının yaradıcılarından biri və prodüseri olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%BB%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%90%D0%BD%D0%BD%D0%B0_%D0%9D%D0%B8%D0%BA%D0%B8%D1%82%D0%B8%D1%87%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç