Nadejda Mixalkova
Aktrisa, prodüser
Nikitina Nadejda Mixalkova 27 sentyabr 1986-cı ildə Moskva şəhərində anadan olub. Nikita Mixalkovanın kiçik qızıdır. Rejissor və aktyorun Sergeyeviç Nikita Mixalkovun və Tatyana Mixalkovanın (1997–ci ildən Rus Siluet fondunun prezidentidir) ailəsində anadan olub. 8 yaşında Nikita Mixalkovun “Oskar” mükafatına layiq görülən “Gündən usanmışlar” filmində komdiv Kotovun qızı rolunda çəkilib. Bir neçə ildən sonra rejissor Tiqran Keosayanın “Prezident və onun nəvəsi” filmində iki əkiz qız rolunda çəkilib. Aktyorluq təhsili olmasa da, indiyədək kinolara çəkilməyə davam edir. 2008-ci ildə MDİMO beynəlxalq jurnalistika fakültəsini bitirib. Nadejda özünü dizayner kimi sınayıb. Moda nümayişi “Nadin” markası adı altında keçirilib. 2015-ci ildən Disney kanalında yayımlanan “Stilin qaydaları” proqramının aparıcısıdır. Nadejda aktyorluqla yanaşı, özünün prodüser kimi sınayıb. 2008-ci ildə rejissor Leonid Rıbakovun “Leo danış” filminə bacısı Anna ilə birlikdə prodüserlik edib. 2011-ci ildə “Tənbəllər” filminin həmprodüseri olub. Film “çətin” yeniyetmələrin həyatından bəhs edir. Kinoda Viktor Soyun və “Kino” qrupunun musiqiləri səslənib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%BB%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%9D%D0%B0%D0%B4%D0%B5%D0%B6%D0%B4%D0%B0_%D0%9D%D0%B8%D0%BA%D0%B8%D1%82%D0%B8%D1%87%D0%BD%D0%B0