Filipp Yankovski
Aktyor, rejissor, prodüser
Filipp Oleqoviç Yankovki — sovet və rusiya kino, teatr aktyoru və kinorejissordur. Filipp Yankovski 10 oktyabr 1968–ci ildə Saratovda aktyor Oleq Yankovski və Lyudmila Zorinanın ailəsində doğulub. 1974-cü ildə rejissor Andrey Tarkovskinin “Güzgü” filmində debüt edib. Onun ilk böyük rolu 1986-cı ildə “Kartofa sentimental səyahət” filmində olub. 1990-cı il MTBA studiyasının məktəbini bitirib. RDKİ rejissorluq fakültəsinə daxil olub. 150 artıq klipin müəllifidir. 1997-ci ildə musiqi videosunun ən yaxşı rejissor kimi “Ovasiya” mükafatına namizəd olub. Kinoda rejissor kimi çalışıb. “Hərəkətdə” filmini ərsəyə gətirib. Həmin ildə “İlin kəşfi” nominasiyasında “Nika” mükafatına sahib olub. Növbəti rejissor işi Boris Akuninin romanı əsasında ekranlaşdırılan “Mülki müşavir” filmi olub. Rusiyanın məşhur aktyorları filmində yer alıb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BD%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF_%D0%9E%D0%BB%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D1%87