Ule Bornedal
Rejissor, ssenarist, aktyor, prodüser
Ule Bornedal — danimarkalı kinoprodüser, ssenarist və rejissordur. Çoxsaylı festivalların qalibidir. 26 may 1959-cu ildə Danimarkada anadan olub. Məktəbi bitirdikdən sonra Danimarka Milli kinoməktəbinə daxil olmağa çalışıb. Kopenqagen Universitetini bitirdikdən sonra televiziyada işləyib. 1992-ci ildə telelviziya dram departamentinin rəhbəri olub. “Gecə növbətçisi” filmi sayəsində tanınıb. Onun işinə maraq o qədər yüksək olub ki, üç ildən sonra həmin adlı filmi çəkmək üçün Hollivuda dəvət alır. 2002-ci ildə Mariya Bonnevi və Jerar Depardyenin iştirakı ilə çəkdiyi “Mən Dinayam” dramı ən yaxşı film kimi Amanda Awards mükafatına namizəd olub. 2001-ci ildə şəxsi teatrını yaradır. 2014-cü ildə DR1 danimarka milli telekanalında Ule “1864” tarixi serialının yaradıcısı kimi çıxış edib. İstər doğma vətənində, istərsədə ABŞ-da işləyir. Əvvəlki münasibətlərdən (Klaudiya, Fanni, Peter və Yohan) 4 övladı var. 2012-ci ildən aktrisa Helli Fakraydla evlidir.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%80%D0%BD%D0%B5%D0%B4%D0%B0%D0%BB%D1%8C,_%D0%A3%D0%BB%D0%B5