Terri Qilliam

Terri Qilliam

Ssenarist, aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Terens Vens Qilliam — amerika əsilli britaniyalı kinorejissor, ssenarist, multiplikator və rəssamdır. Britaniyanın “Monti Payton” komediya qrupunun iştirakçısıdır. Qilliam 22 noyabr 1940-cı ildə ABŞ, Minesota ştatında, Minneapolisdə anadan olub. Terri Los-Ancelesdə Oksidental kolleci politoloq ixtisası üzrə bitirib. Oxuduğu illərdə “Fang” yumoristik jurnalını təsis edib. Qilliam kolleci bitirəndən sonra reklam agentliyində işləyib. Daha sonra “Help!” jurnalında işləməyə başlayıb. Qilliam onun bir neçə filmlərində qrim ustası çalışan və “Oskara” namizəd olan Meqqi Uestonla evlənib. Cütlüyün iki qızı var, qızı Emi - “Həkim Parnasın xəyal dünyası” filminin prodüseri olub. “Don Kixotu öldürən adam” (2018), “Zero nəzəriyyəsi” (2013),  “Ailə” (2011), “Helloudeqi əhvəlatı” (2010), “Həkim Parnasın xəyal dünyası” (2009), “Qrimm qardaşları” (2005), “Las Veqasda qorxu və nifrət” (1998), "12 meymun" (1995), "Kral-balıqçı" (1991), “Baron Münhqauzenin sərgüzəştləri” (1988), “Braziliya” (1985), "Cabervoki" (1977), “Nağıl zamanı” (1968) və sair filmlərin rejissoru olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%B0%D0%BC,_%D0%A2%D0%B5%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç