Culi Bouen

Culi Bouen

Aktrisa

BİOQRAFİYA

Culi Bouen Lütkemeyer – amerikalı aktrisadır. Daha çox “Ed”, “Boston hüquqşünasları” və “Amerika ailəsi” filmlərində oynadığı rollara görə tanınır. Culi Bouen 2011 və 2012-ci illərdə “Amerika ailəsi” sitkomunda oynadığı rola görə ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Emmi” mükafatçısı olub. Culiya  Bouen Lyütkemeyer 1970-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olub. Rieltor ailəsində boya-başa çatıb, ortancıl uşaqdır. Böyük bacısı Molli interyer dizayneri, balaca bacısı San-Fransiskoda həkimdir. 1992-ci ildə Bouen televiziyada “Sonsuz məhəbbət” adlı sabun operasında debüt edib. Daha sonra 1995-ci ildə çəkilmiş “Ekstrim” serialında baş qadın obrazını canlandırıb. Bouen həmçinin 1998-1999-cu illərdə “Təcili yardım” serialında ikinci plan rol oynayıb. Böyük ekranlarda 1996-cı ildə “Bəxtəvər Gilmor” komediyasında baş qadın rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%83%D1%8D%D0%BD,_%D0%94%D0%B6%D1%83%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç