Donald Feyson

Donald Feyson

Aktyor

BİOQRAFİYA

Donald Eydiosan Feyson – amerikalı aktyordur. NBC telekanalında “Klinika” serialında Kristofer Törk rolu ilə məşhurlaşıb. 22 iyun 1974-cü ildə Nyu-York şəhərində anadan olub. Aktyorun ikinci adı “Eydiosan”, yorub dilindən tərcümədə “Aşun tacını taxmışam” anlamına gəlir. Adı valideynləri Nigeriyadan mühacirət edən zaman fikirləşib. Donald Feysonun dörd qardaşı var. Bir qardaşı – Olamayd Feyson amerikanın “İmajin” arenbi qrupunun iştirakçısıdır. Donaldın müxtəlif nikahlardan altı övladı var. Uşaqlıq rəfiqəsi Odri İnsin dünyaya gətirdiyi böyük oğlu 1996-cı il təvəllüdlü Şon Feyson-İnsdir. Liza Aski ilə nikahdan üç övladı: əkiz oğlanları və qızı var. Cütlük 2005-ci ildə boşanıb. 2012-ci ildə Donald Keysi Kobbla ailə qurub. 15 avqust 2013-cü ildə onların Rokko Feyson adlı oğlu dünyaya gəlib. 4 aprel 2015-ci ildə isə növbəti dəfə qız atası olub. Aktyor Zak Braffın yaxın dostudur. Onlar birlikdə “Klinika” serialına çəkiliblər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%8D%D0%B9%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%BE%D0%BD%D0%B0%D0%BB%D1%8C%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç