Devid Zeyes

Devid Zeyes

Aktyor

BİOQRAFİYA

Devid Zeyes - puerto-rikolu-amerikalı aktyordur. Daha çox “Dekster” kriminal teledramında ekstravaqant xəfiyyə Anhel Batista, “Oz həbsxanası” dramında Enrike Morales rolu ilə tanınır. 15 avqust 1962-ci ildə ABŞ-ın qeyri-rəsmi 51-ci ştatı sayılan Puerto-Rikoda anadan olub. Uşaqlığı Nyu-Yorkun Bronks rayonunda keçib. Gənc yaşlarında ABŞ hərbi hava qüvvələrində xidmət edib. Tərxis olunduqdan sonra Nyu-York polis idarəsində polis zabiti olub. Bu işi onun aktyor kimi inkişafına da böyük təsir göstərib. Nəticədə daha təbii obraz üçün xəfiyyə, müstəntiq, əməliyyatçı, polis zabiti rolları çox vaxt (çəkildiyi seriallarda) ona həvalə olunub. “Oz həbsxanası” adlı serialda isə 28 epizod (2002-2003) ərzində ən amansız məhbuslardan birini canlandırıb. Zeyes həmçinin musiqi karyerasını kinodan müstəqil şəkildə davam etdirib. Perkussiyada ifa edir. 1992-ci ildən "LAByrinth Theatre Company" qrupunun üzvü olub. Ancaq bir sıra kino layihələri ilə üst-üstə düşdüyündən, sonradan qrupdan ayrılmalı olub. Onun keçmiş həyat yoldaşı aktrisa Liza Kolon-Zeyes də həmin qrupun üzvü olub. Zeyes hazırda Los-Ancelesdə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/David_Zayas

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç