Skotti Tompson

Skotti Tompson

Aktrisa

BİOQRAFİYA

Skotti Tompson – amerikalı aktrisadırı. Daha çox “Dəniz polisi: Xüsusi bölmə”, “Travma” seriallarında və “Skaylayn” elmi-fantastik döyüş filmində oynadığı rollarla yadda qalıb. Süzan Skott Tompson 9 noyabr 1981-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Erkən yaşlarından rəqsə maraq göstərib. 1994-cü ildə Riçmond balet teatrının “Şelkunçik” tamaşasında Klara rolunu oynayıb. 2000-ci ildə məktəbi bitirdikdən sonra illik məzuniyyət götürərək, Riçmond balet teatrında fəaliyyətini davam etdirib. 2005-ci ildə dram incəsənət və ədəbiyyat sahəsi üzrə bakalavr dərəcəsi əldə edib. Bir sıra tamaşalarda, o cümlədən “Makbet”, “Marsiol”, “Oresteya” və sair səhnəyə çıxıb. Sonradan Nyu-Yorka köçüb və tele və kino aktrisası kimi fəaliyyət göstərməyə başlayıb. 2016-cı ildə ən yaxşı aktrisa kateqoriyasında Playhouse West Film Festival kinofestivalının mükafatçısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç