Castin Uoddell
Aktrisa
Castin Uoddell – britaniyalı aktrisadır. Castin Uoddell 4 noyabr 1976-cı ildə CAR-nın Yohannesburq şəhərində anadan olub. 11 yaşında olanda valideynləri ilə birlikdə Şotlandiyaya köçüb, daha sonra Londonda yaşayıb. Öz ilk aktyorluq rolunu Kembric universitetində oxuduğu illərdə alıb. Aktrisanın atası Qordon Uoddell peşəkar reqbi ustası olub, Şotlandiya komandasında çıxış edib. 1990-cı illərin ortalarında Uoddell aktyorluq karyerasına start verib. Teatr səhnəsinə çıxıb, eləcə də kinofilmlərə çəkilməyə başlayıb. Ralf Fayns və Bill Patersonla birlikdə Londonun “Almeyda” teatrının “İvanov” (1997) tamaşasında iştrak edib. 2000-ci ildə Anton Çexovun “Çayka” pyesində Nina rolunu oynayıb. Uoddell Çarlz Dikensin “Böyük Gözləntilər” (1999) romanının ekran adaptasiyasında iştirak edib. Uoddell böyük kinoda “Anna Karenina” (1997), “Drakula 2000” (2000), “Dünyada yegan” (2002) filmlərində oynadığı rollarla yadda qalıb. 2004-cü ildə “Natali Vudun sirləri” televiziya filmində Natali Vud rolunu oynayıb. Bundan başqa “Xaos”, “Üç açar”, “Bononu öldürməli” kimi filmlərdə ikinci plan rollarda görüntülənib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%B4%D0%B4%D0%B5%D0%BB%D0%BB,_%D0%94%D0%B6%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD