Irmak Ünal
Aktrisa
Irmak Ünal - türkiyəli teatr, kino və televiziya aktrisasıdır. 15 fevral 1977-ci ildə Ankarada anadan olub. Yükseliş kollecində ibtidai və orta təhsilini alıb. Bilkent Universitetində ingilis dili və ədəbiyyatı ixtisası üzrə oxuduğu illərdə radio aparıcılığına meyl salıb. Radyo Bilkent-in təsisçilərindən biri olub. Bir müddətdən sonra Radyo Mydonese stansiyasında öz verilişlərini yayımlayıb. 1998-ci ildə San-Fransiskoda İncəsənət Akademiyasının kino və televiziya bölməsində təhsil almağa başlayıb. 2002-ci ildə məzun olaraq həmin təhsil ocağının diplomunu alıb. Elə həmin il türkiyəyə qayıdıb, bir müddətdən sonra yerli teleseriallara çəkilməyə başlayıb. İlk rol aldığı seriallardan biri “Haziran gecesi” olub. Daha sonra “Nehir”, “Arka Sokaklar”, “El Gibi”, “Acı Hayat” kimi serialların aktyor heyətində yer alıb. 2007-ci ildə Mehmet Ali Erbillə birlikdə “Eyvah Çocuklar” adlı uşaq proqramının aparıcısı olub. 2017-ci ilə kimi Emre Karabacakla evli olub, cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Irmak_%C3%9Cnal