Bircə Akalay 19 iyun 1984-cü ildə İstanbulda (Türkiyə) anadan olub. 2003-də Pera Gözəl Sənətlər Litseyi Teatr bölümündə təhsil alıb. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlaya bilmir, lakin Haliç Universitetinin Teatr bölümündən məzun olur. 2004-cü ildə Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil edir və yarımfinala çıxır. 2004-2007-ci illər arasında Star TV və TV 8-də idman spikerliyi, həmçinin Çempionlar Liqası və "8-ci Pillə" kimi verilişlərdə aparıcılıq edib. 2008-ci ildə "Asi" adında serialda qonaq aktrisa olaraq iştirak edib. Bundan başqa, 2008-ci ildə premyerası olan "Son dərs" və 2009-ci ilin oktyabr ayında premyerası olmuş "Nəfəs" filmində rol alıb. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına isyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşıb. 2009-cu ildə ATV-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynayıb. 2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anladan "Yer Gök Aşk" serialında Həvva rolunu canlandırıb. 2013-cü ildə ATV-də Baş nazir Adnan Menderesin həyatından bəhs edən "Mən onu çox sevdim
" adlı serialda opera sənətçisi Ayhan Aydan, Kanal D-də yayımlanan "Kiçik Ağa" adlı serialda Sinəm rolunu canlandırıb. "Kiçik Ağa" serialında baş rolu paylaşdığı Sarp Leventoğlu ilə 1 avqust 2014-cü ildə evlənir. İki il davam edən evlilikdən sonra cütlük 17 yanvar 2017-ci ildə boşanır. 2015-ci ildə ATV-də yayımlanan "Evli və Öfkeli" adlı serialda dörd baş roldan birini canlandırıb. Bircə Akalay Star TV-də yayımlanan "Hayat bazen tatlıdır" serialında da baş rolda oynayıb. Daha sonra Kanal D ekranlarında göstərilən "Siyah Beyaz Aşk" adlı serialda Aslı rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Birc%C9%99_Akalay