Emre Altuğ

Emre Altuğ

Aktyor, müğənni

BİOQRAFİYA

Niyazi Emre Altuğ – türkiyəli pop müğənni və kinoaktyordur. 14 aprel 1970-ci ildə İstanbulda anadan olub. Pop, rok, dans-pop janrlarında oxuyur, gitarada ifa edə bilir. 1993-cü ildən bəri müğənnilik edir. Anası evdar xanım atası diş həkimi olub. İstanbul Universitetinin Dövlət Konservatoriyasında Teatr bölməsini bitirib. Müxtəlif tamaşalarda səhnəyə çıxıb, Sezen Aksu, Sertap Erener, Levent Yüksel, Nilüfer kimi məşhur artistlərin bekvokalı olub. İlk solo albomu (İbreti Alem) 14 avqust 1999-cu ildə işıq üzü görüb. 2000-ci ildə "Bir de bana sor" adlı sinqlı hitə çevrilib. İkinci – “Sıcak” adlı albomu 3 mart 2003-cü ildə buraxılıb. “Dudak Dudağa” adlı üçüncü albomu isə 2004-cü ildə çıxıb. 2000-ci illərdə həm də müxtəlif reklam çarxlarına və telefilmlərə və bədii filmlərə çəkilməyə başlayıb. Şəxsi həyatına gəlincə 2008-ci ildə Türkiyəli model Çağla Şikelle evlənib. Cütlük 2015-ci ildə rəsmi qaydada yollarını ayırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Emre_Altu%C4%9F

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç