Nik C. Robinson

Nik C. Robinson

Aktyor

BİOQRAFİYA

Nikolas Con “Nik” Robinson – amerikalı aktyordur. Daha çox ABC Family “Melissa və Coui” komediya serialında Rayder Skenlon rolu ilə tanınır. Bundan başqa “Yu dövr parkı”, “Yay kralları”, “Beşinci dalğa”, Sevgilərlə, Saymon, “Bütün bu dünya” kimi filmlərdə əlamətdar rolları olub. Robinson 22 mart 1995-ci ildə ABŞ-ın Sietl şəhərində anadan olub. Beşövladlı ailənin ilkinidir. Atasının bundan əvvəlki nikahdan iki oğlu və qızı olub. Anası Denis Ponderdir. Nik 2013-cü ildə Campbell Hall School orta məktəbini bitirib. 11 yaşında olanda Çarlz Dikensin “Milad nəğməsi” povestinin adaptasiyasında debüt edib. 2009-cu ildə “Melissa və Cou” teleserialında Rayder Skenlon rolunu oynayıb. 2013-cü ildə “Yur Dövrü parkı” filmində Zak Mitçel roluna seçilib. 2015-ci ildə “Çarli olmaq” filmində baş rola çəkilib. Ekran əsərinin premyerası Toronto kinofestivalında baş tutub. 2016-cı ildə “Beşinci Dalğa” romanının ekranizasiyasında Ben Periş rolunu ifa edib. 2016-cı ildə “Bütün bu dünya” filmində Nik roluna çəkilib.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nick_Robinson_(American_actor)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç