Deymon Qof
Bəstəkar, musiqiçi
Deymon Qof – səhnə adı “Badly Drawn Boy” olan britaniyalı musiqiçi və bəstəkardır. 2000-ci ildə The Hour of Bewilderbeast adlı debüt albomu ilə məşhurlaşıb. Sözügedən albom UK Albums Chart hit-paradında 13-cü olub. 2001-ci ildə yazıçı Nik Hornbi Qofa öz romanının motivləri əsasında ekran üçün adaptasiya olunan “ About A Boy” filminə musiqi yazmağı təklif edib. Bir ildən sonra Qofun film üçün yazdığı saundtreklərdən ibarət albom, Britaniya çartında altıncı olur. Növbəti albomları “Have You Fed the Fish?” (2002), “One Plus One Is One" (2004) və “Born in the U.K”. (2006) birmənalı qarşılanmasa da hər biri Britaniyanın TOP-20-nə düşə bilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Badly_Drawn_Boy