Çarlz Livitt
Ssenarist
Çarlz Livitt – amerikalı ssenaristdir. Daha çox 2006-cı ildə “Qanlı almaz” filminə yazdığı ssenari ilə məşhurlaşıb. Daha əvvəl “Yuxu tutan” (1996), “Div” (1998) və “Ka-Peks planeti” filmlərinə ssenari yazıb. “Warner Bros” 2004-cü ilin fevral ayında Livitti həmin vaxt “Okavanqo” adlanan “Qanlı almaz” döyüş filminin qaralama ssenarisini sona çatdırmağa dəvət edib. Filmin süjeti studiyada “istehsalat cəhənnəminə” düşüb. Bir neçə ildən sonra Pol Vaynşteyn və Qillian Qorfil filmə prodüserlik etməyə razılıq verib. Film amerikalı qaçaqmalçılarla yerli almaz hasilatçılar arasında gedən münaqişə zamanı oğlunu xilas etməyə çalışan afrikalı fermerdən bəhs edir. Ssenari üzərində işə başlamazdan əvvəl almaz hasilatı ilə bağlı məlumatlılığını artırıb. Süjetdə incə məqamlarda olduqca diqqətli olub. Məsələn “De Beers” və almaz hasilatı üzrə digər iri korporasiyaları qıcıqlandırmamaq üçün sənaye ilə bağlı reallıqları olduğu kimi təsvir etməyə çalışıb. Əks təqdirdə belə şirkətlər studiyanı məhkəməyə verə, və təzminat davasının məbləği filminin büdcəsini də üstələyə bilərdi. Vaynşteyn onun ssenarisini bəyənsə də, Ed Svik və Marşal Herskovitsi də ssenarist qismində işə cəlb edib. Süjet Svikə maraqlı gəlir və onu çəkməyə razılaşır. 2006-cı ildə Warner Bros şirkəti “Uol Stritdə ayaqqabı təmizləyən uşağın etirafları” romanın ekran adaptasiyası ilə əlaqədar Livittlə müqavilə bağlayır. Livitt bundan başqa “Dənizin Ortasında” (2015) bioqrafik macəra filmi, məşhur “Varkraft” video oyunun eyniadlı ekran adaptasiyası (2016) və “Yeddinci oğul” (Seventh Son, 2014) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində 10 televiziya/bədii film və seriala ssenari yazıb. 2018-ci ildə qlobal su böhranından bəhs edən “Susuzluq” televiziya filminə ssenari yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%B2%D0%B8%D1%82%D1%82,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7