Castin Çembers

Castin Çembers

Aktyor

BİOQRAFİYA

Castin Çembers 11 iyul 1970-ci ildə anadan olub. Daha çox “Ehtiras anatomiyası” uzunmüddətli serialda Aleks Kareva roluna görə tanınıb. Çembers model karyerasına Parisdə başlayıb. O Calvin Klein, Armani və Dolce & Gabbana üçün Avropa, Yaponiya, Birləşmiş Ştatlarda çalışıb. Aktyorluq karyerasına başlamaq qərarına gələn Çembers Nyu-Yorka köçür. Dörd il ərzində HB Studios studiyasında aktyorluq dərsləri alıb. O “Azadlıq zirvəsi” filmində debüt edib. Ardınca “ Toy həyəcanı” (2001) romantik komediyasında Cennifer Lopesın sevgilisi rolunda çəkilib. “Muşketyor” və “Zodiak” filmlərində baş rolda çəkilib. 2007-ci ildə dram serialında çəkilən digər aktyorlarla birlikdə ABŞ aktyorlar gildiyasının mükafatına layiq görülüb. Castin Çembers 1993-cü ildə model agentliyində birlikdə çalışdığı Keyşe adlı xanımla evlənib. Cütlüyün beş övladı var. İzabella (1994), əkiz Mayla və Kayla (1997), Yeva  (1999) və Cekson (2002).


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B1,_%D0%90%D0%BD%D0%BD%D0%B0%D1%81%D0%BE%D1%84%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç