Zoyi Deşanel

Zoyi Deşanel

Aktrisa, rejissor, prodüser

BİOQRAFİYA

Zoyi Kler Deşanel 17 yanvar 1980-ci Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Deşanel kinoda 1999-cu ildə “Həkim Mamford” filmində debüt edib. Ardınca rejissor Kemeron Krounun “Demək olar məşhur” (2000) yarımbioqrafik musiqili dramında Anita Miller rolunda çəkilib. Zoyi “Yaxşı qız” (2002), “Elf” (2003), “Qalaktikada avtostopla” (2005), “Sevgi və digər xoşagəlməz hadisələr” (2006), “Terabityeyə körpü” (2007) və “Hadisə” (2008) filmlərində ikincidərəcəli rollarına görə tanınıb. Bu filmlərdən sonra “Həmişə hə de” (2008) və “500 Yay günü” (2009) filmlərində baş rollarda çəkilib. 2006-cı ildə Deşanel Mett Uordla birlikdə She & Him təxəllüsü altında "Volume One" adlı debüt albomunu yazdırır. Albom 2008-ci ilin mart ayında işıq üzü görüb. Onların növbəti albomu "Volume Two" 2010-cu ildə buraxılıb. 2011-ci ildə "A Very She & Him Christmas" milad albomunu buraxır. 2013-cü ildə isə "Volume 3" albomu buraxılıb. Deşanel çəkildiyi filmlərdə də mahnı ifa edir.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D1%88%D0%B0%D0%BD%D0%B5%D0%BB%D1%8C,_%D0%97%D0%BE%D1%83%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç