Sergey Bodrov 27 dekabr 1971-ci ildə Moskvada (Rusiya) doğulub. Atası rejissor Sergey Vladimiroviç Bodrov, anası Valentina Nikolayevadır. Uşaqlıqda zibildaşıyan maşın sürücüsü olmaq istəyib. 1265 saylı Fransız dili məktəbində təhsil alıb. Müəllimləri onun çox hiperaktiv olduğunu, ancaq nadinc uşaq olmadığını söyləyirdilər. Dərsdən sonra hər gün siniflə birlikdə konfet fabrikində işləyib. Qazandıqları pulla isə gəzməyə gedirdilər. Bodrov 1989-cu ildən 1994-cü ilə qədər Moskva Dövlət Universitetinin incəsənət tarixi bölməsində oxuyub. Universiteti qırmızı diplomla bitirib. Amma kitabxana və ya muzeydə işləmək istəmirdi. 1991-ci ildə İtaliyada da incəsənət sahəsində təhsil alıb. Sergey Bodrov “Oskar”a namizəd olan “Şərq-Qərb” filminin ssenarisini yazıb. Azərbaycan tamaşaçısına da məhz bu filmdən tanış idi. "Şərq-Qərb" filmində (ssenaristlər: Rüstəm İbrahimbəyov, Sergey Bodrov (böyük), Lui Qardel, Rejis Varnye, rejissor: Rejis Varnye) Sergey Bodrov bədbəxt cütlüyün qonşusu - Saşa rolunu canlandırmışdı. 22 sentyabr 2002-ci ildə başda Sergey Bodrov olmaqla "Rabitəçi" filminin çəkiliş heyəti Vladiqafqaz dağlarına yollanır. Çəkiliş gün boyu aparılır, hava qaralanda, qrup, o cümlədən "Nartı" teatrının yeddi iştirakçısı şəhərə geri dönür. 20.08 radələrində Kolka buzlağında qəfil uçqun baş verir. Qar uçqunu çəkiliş qrupunun keçdiyi Karmadon dərəsini 60 metrlik buz və daş təbəqəsi ilə örtür. Heç kim sağ çıxmır. İrimiqyaslı axtarış-xilasetmə əməliyyatları nəticə vermir. Könüllülər və artistlərin qohumları 2004-cü ilin fevralına kimi axtarışları davam etdirsələr də, heç bir nəticə əldə olunmayıb. Bodrov daxil olmaqla, 100 dən çox insanın indiyə kimi nə ölüsü, nə də dirisi tapılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sergei_Bodrov_Jr.