Anna-Sofiya Robb

Anna-Sofiya Robb

Aktrisa

BİOQRAFİYA

Anna-Sofiya Robb 8 dekabr 1993-cü ildə Denverdə (Kolorado ştatı, ABŞ) Canet və Deyv Robb ailəsində anadan olub. Ueyn Vonqun “Vinn-Diksin sayəsində” ailə dramındakı rolu və Tim Börtonun “Çarli və şokolad fabriki” filmində Violetta Boreqard rolu Anna-Sofiyaya məşhurluq gətirib. Həmin ildə Robb Trad Clothing qızlar üçün geyim markasının siması seçilib. 2007-ci ilin əvvəllərində “Biçin” trilleri və Ketrin Patersonun eyniadlı kitabı əsasında çəkilən “Terabityeyə körpü” fantaziya ailə dramı ekranlara çıxır. Bu film üçün Anna "Keep Your Mind Wide Open" mahnısını ifa edib, mahnı filmin rəsmi sauntreki seçilib və musiqiyə klip çəkilib. 2008-ci ilin fevral ayında rejissor Daq Laymanın “Teleport” filmində Anna-Sofiya Robb baş qəhrəman rolunda çəkilir. Bir aydan sonra Anna-Sofiya Robbun iştirakı ilə “Lunatizm” filmi ekranlara çıxır. Filmdə Anna Şarliz Teron, Nik Stal, Vudi Harrelson, Dennis Hopper kimi məşhur aktyorlarla tərəf- müqabili olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B1,_%D0%90%D0%BD%D0%BD%D0%B0%D1%81%D0%BE%D1%84%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç