Hilari Daff

Hilari Daff

Aktrisa, prodüser

BİOQRAFİYA

Hilari Erhard Daff — amerikalı aktrisa, pop-rok, dans-rok  stilində müğənni, yazıçı, model, prodüser, geyim və ətirlərin dizayneridir.  Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meylliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Daff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Hilariyə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib. Aktrisanın böyük şöhrət qazanması "Lizzi Makquayer" serialında canlandırdığı obrazdan sonra baş verdi. Bundan sonra Hilari “Agent Kodi Benks” (2003), “Topdan” (2003), “Zoluşkanın əhvəlatı” (2004), “Super ulduz” (2004) “Topdan 2” (2005) filmlərində baş rollarda çəkilib. “Böyük oyun” (2008), “Ehtiyat şüşəsi” (2009), “Qreta” (2009), “Gecə əyaləti” (2010) filmlərində rol alıb. Böyük şöhrət qazanan Hilari müxtəlif filmlərə çəkilməklə bərabər, eyni zamanda müğənniliklə də məşğul olur. Aktrisalığıyla şöhrət qazanan Duff, müğənniliyində şöhrət zirvəsini fəth etməyi bacardı. 2002-ci ilin payız aylarında, Hilari Daffın debüt sinqlı işıq üzü görüb. Bu,"Lizzi Makquyer" filmindən soundtrek idi. Daha sonra sevilərək şöhrət qazanan aktrisanın 2003-cü ilin avqust ayında "Metamorfoza" adlı albomu satışa buraxılıb. Alboma daxil edilən mahnı janrlarının siyahısına romantik balladalardan tutmuş, müxtəlif mahnılar daxil olunub. Rok mahnıları albomda xüsusi yer alıb. Bundan başqa Hilari Daff üzgüçülüklə, tay-bo və hip-hop tərzi ilə də maraqlanır. Bütün bunlarla yanaşı, aktrisanın böyük ürəyi var. Hilari xeyriyyəçiliklə də məşğuldur. Belə ki, o, Odri Hepbernin uşaq fondunun Xeyriyyəçilik Şurasının üzvüdür.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hilari_Daff

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç