Rassell Vonq

Rassell Vonq

Aktyor, prodüser

BİOQRAFİYA

Rassell Vonq tam adı Rassell Yan Tak Vonqdur (Russell Jan Tak Wong). 1 mart 1963- cü ildə ABŞ, Nyu-York ştatının Troy şəhərində anadan olub. Yeddi uşaqdan altıncı olan Vonq çin-amerikalı restorator Uilyam Vonq və holland-frans əsilli amerikalı rəssam  Konni Van Yserloo ailəsində anadan olub. Uşaq yaşlarında ailəsi Olbaniyə köçür. Yeddi yaşında valideynləri boşanır və Vonq anası ilə birlikdə Kaliforniyaya köçür. 1981 –ci ildə Mariposa County High School məktəbini bitirib və Santa-Monik kollecin daxil olur. Kinoya çəkilmədən öncə Vonq fotoqraf, rəqqas qismində Devid Boui, Donna Sammer, Canet Ceksonun kliplərində çəkilib. Kinoda 1985-ci ildə "Ge wu sheng ping" Honkong müziklində, "Tai-Pan" (1986) kino adaptasiyasında debüt edib. 1989-cu ilədək kiçik rollar nəsib olub. 1994-cü ildə nəhayət Vonq “Yoxa çıxmış oğul” serialında baş rolda çəkilir. Amerikaya sürgün olunan çinli siyasi xadim rolunda çəkilib. Serial kifayət qədər populyarlıq qazanıb. "People" jurnalı Vonqu 50 ən gözəl insandan ("Beautiful People") biri adlandırıb. 2000-ci ildə “Romeo ölməlidir” filmində çəkilən Rassellin aktorluq karyerasında  dönüş nöqtəsi oldu. O “ulduz” statusunu əldə etdi. İndiyənədək o 50-dən artıq film və seriala çəkilib. Onun məşhur rolları sırasında “Romeo ölməlidir” (2000) Kay, “Gələcəkdən xəbər 2” (1997) Daniel, “Ovçu” (2001) Rik Tzun və "The Lost Empire" (2001) macəra fentezi filmində meymunların şahı baş rolu yer alır.  O həmçinin rejissor Filipp Kaufmanın “Amneziya” filmində baş rollarda Eşli Cadd, Semüel L.Cekson, Endi Qarsiya ilə birlikdə  leytenant Tonq rolunda çəkilib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BD%D0%B3,_%D0%A0%D0%B0%D1%81%D1%81%D0%B5%D0%BB%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç