Aliya
Aktrisa, bəstəkar
Aliya Dana Houton 16 yanvar 1979-cu ildə Bruklində (Nyu-Yorka, ABŞ). Uşaqlıqda “Star Search” teleşousunda iştirak edib. Qledi Naytla konsertlərdə oxuyub. 12 yaşındaykən Aliyanın dayısı ona, "Jive Records" və "Blackground Records"la müqavilə imzalamağa köməklik göstərir. Dayısı onu R.Kelly ilə tanış edir. “Age Ain't Nothing but a Number” ilk albomunun prodüseri olub. Albom 2 mln surət tirajla satılıb və ABŞ-da iki dəfə platin adı qazanıb. Kelli ilə qanunsuz nikahda olduğuna görə ittiham olunan Aliya, "Jive Records"la müqaviləsinə xitam verir. "Atlantic Records"la müqavilə imzalayır. Timbalend və Missi Elliott Aliyanın “One in a Million» ikinci albomuna prodüserlik edib. Albom bütün dünyada 8 milyon tirajla satılıb. 2000-ci ildə ilk dəfə “Romeo ölməlidir” filminə çəkilib. Onun “Try Again” mahnısı "Billboard Hot 100" çartının birinci pilləsinə yüksəlib. Bu mahnıya görə Aliya “R&B stilində ən yaxşı musiqi” kateqoriyasında "Qremmi" mükafatına layiq görülüb. “Romeo ölməlidir” filmindən sonra o “Lənətlənmişlərin kraliçası” filmində baş rolda çəkilir. 2001-ci ildə “Aliya” adlı üçüncü və sonuncu albomunu buraxır. 25 avqust 2001-ci ildə “Rock the Boat" klipinin çəkilişlərindən sonra Aliya və daha səkkiz nəfər Baham adalarında aviaqəzada həlak olub. Təyyarəni idarə edən pilot Lui Moralesin III, lisenziyası o zaman etibarsız olub. Orqanizmində kokain və alkoqol aşkarlanıb. O dövrdən Aliyanın musiqisi populyarlıq qazanıb və “R&B şahzadəsi” adlandırılıb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B8%D1%8F_(%D0%BF%D0%B5%D0%B2%D0%B8%D1%86%D0%B0)