Uilyam Forsayt

Uilyam Forsayt

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Uilyam Forsayt 7 iyun 1955-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. Ən çox polis və ya quldur rollarına dəvət aldığına görə, daha çox kəskin janrlı filmlərdə rol alır. Uilyam Forsayt televiziyada bir sıra kriminal avtoritetləri canlandırıb: 1993-cü ildə “Toxunulmazlar” serialında Al Kapone olub, 1996-cı ildə HBO-nun “Qotti” telefilmində Semmi “Öküz” Qravano rolunu oynayıb. Ən parlaq rollarından biri Stiven Siqalın baş rola çəkildiyi “Ədalət naminə” (Out for Justice) filmində Riçi Madano rolu olub. 2010-cu ildə “Hörmətli mister Qeysi” bioqrafik dramına çəkilib. Ekran əsəri Ceyson Moss adlı tələbənin memuarları üzərində yazılmış “Sonuncu qurban” adlı kitabın motivləri əsasında lentə alınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BE%D1%80%D1%81%D0%B0%D0%B9%D1%82,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç