Emmi Rossam
Aktrisa
Emmanuel Qrey Rossum - amerikalı aktrisa və müğənnidir. “Mahnı ovçusu” (2000), “Amerika Rapsodiyası” (2001) və “Apassionat” (2002) filmlərində oynadığı rolları ilə şöhrət qazanıb. Dünya miqyasında populyarlaşmasına “Sirli çay” (2003) filmində oynadığı rol kömək olub. Daha sonra “Opera kabusu” müziklına və “Ertəsi gün” (2004) və “Poseydon” (2006) blokbasterlərində rol alıb. 2010-cu ildə “Arsızlar” teleserialının aktyor heyətinə daxil olub. 2007-ci ildə Rossum “İnsided Out” adlı debüt albomunu buraxıb. Bundan başqa “Carol of the Bells” adlı milad mövzulu mahnılardan ibarət mini-albomu işıq üzü görüb. Rossum 12 sentyabr 1986-cı ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Anası Şeril Rossum korporativ fotoqraf və investisiya bankçısı olub. Qıza babasının adı (Emmanuel) verilib. Vera Vonqun yaxın qohumudur. Anası yəhudi, atası protestantdır (xristiyan). Əcdadlarının bir hissəsi Rusiyadan ABŞ-a mühacirət edib. Valideynləri o dünyaya gəlməzdən əvvəl boşanıb. Onu anası tənha boya başa çatdırıb. Emmanuel atasının cəmi bir-iki dəfə görüb. İlyarım ərzində Rossum mahnı prodüseri Castin Siqellə evli olub. 25 sentyabr 2009-cu ildə sonuncu boşanma ilə əlaqədar məhkəməyə müraciət edib. “Counting Crows” rok qrupunun qastrol səfərləri zamanı "Emmanuel qrupu"nun frontmeni Adam Düritslə yaxın əlaqədə olub. Cütlük 2010-cu ilin sentyabr ayında yollarını ayırıb. 2015-ci ilin avqust ayında onun amerikalı rejissor və ssenarist Sem Esmeyllə nişanlandığı məlum olub. Nişanlanana qədər iki il görüşüblər. 28 may 2017-ci ildə Rossum və Esmeyl münasibətlərini rəsmiləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%81%D1%81%D1%83%D0%BC,_%D0%AD%D0%BC%D0%BC%D0%B8