Ancey Bartkovyak

Ancey Bartkovyak

Operator, rejissor, prodüser

BİOQRAFİYA

Ancey Bartkovyak 1950-ci ildə Lodzda (Polşa) anadan olub. Polşa-amerikalı kinorejissor və kinooperatordur. Lodzidə kinoməktəbini bitirib. 1970-ci illərin əvvəllərində Polşadan getmək məcburiyyətində qalıb. Kaliforniya ştatında (ABŞ) yaşayış hüququ alan Ancey buranı öz evi adlandırır. İlk ilyarım ərzində ingilis dilini öyrənmək və müxtəlif işlərdə çalışmaq məcburiyyətində qalıb. İngilis dilinə yiyələndikdən sonra Bartkovyak ixtisası üzrə iş tapmaq məqsədilə müxtəlif kinostudiyalara müraciət edir. Onun ilk filmi venger emiqrantı İvan Nadın “Məhvedici qəhrəman” (1976) filmi olub. 1980-cı illərin əvvəllərində Bartkovyak “Ən yaxşı film” nominasiyasında Academy Award mükafatların namizəd üç filmin: “Qərar” (1982), “Zərifliyin dili” (1983) və “Prissi ailəsinin şərəfi” (1985) çəkilişlərində operator kimi çıxış edib. O “Daha bəsdir” (1993), “Surət” (1994), “İblisin vəkili” (1997) məşhur filmlərin operatoru olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D1%82%D0%BA%D0%BE%D0%B2%D1%8F%D0%BA,_%D0%90%D0%BD%D0%B4%D0%B6%D0%B5%D0%B9

FİLMOQRAFİYA
Rejissor
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç