Kennet Lonergan

Kennet Lonergan

Ssenarist, aktyor, rejissor

BİOQRAFİYA

Kennet Lonerqan 16 oktyabr 1962-ci ildə, Bronksda (Nyu-York ştatı, ABŞ) anadan olub. “Oskar” və BAFTA mükafatları laureatıdır. Kennet Lonerqan ilk dəfə 90-cı illərin əvvəllərində “Daq” cizgi filminin ssenaristlərindən biri kimi tanınıb. 1999-cı ildə Herold Remisin Lonerqanın ssenarisi əsasında çəkdiyi “Bunu təhlil et” filmi məşhurluq qazanıb. Bir ildən sonra o rejissor qismində “Mənə arxalan” ilk filmini çəkmək qərarına gəlir. Ən yaxşı ssenari nominasiyasında “Oskar” mükafatına namizəd olub. 2003-cü ildə “Nyu-Yorkun cinayətkar dəstələri” tarixi kriminal dramına görə ikinci dəfə “Oskar” mükafatına namizəd olub. 2005-ci ildə baş rolda Anna Pekuinin iştirakı ilə “Marqaret” dramının çəkilişlərinə start verir. Prodüser və montajorın filminin yekun versiyası ilə bağlı yekun qərara gələ bilməməsi səbəbindən film yalnız 2011-ci ildə böyük ekrana çıxır. 2016-cı ildə dünya ekranlarına çıxan “Dəniz sahilində Mançestr” filmi nəinki Lonerqana, həmçinin filmin digər yaradıcılarına bir sıra mükafatlar qazandırıb. Xüsusilə Keysi Afflek ən yaxşı kişi roluna görə “Oskara” layiq görülüb. Kennet Lonerqan 2000-ci ildən aktrisa C.Smit Kameronla evlidir. Cütlüyün Nelli adı qızı var.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%BD%D0%B5%D1%80%D0%B3%D0%B0%D0%BD,_%D0%9A%D0%B5%D0%BD%D0%BD%D0%B5%D1%82

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç