Ays-Ti

Ays-Ti

Aktyor, bəstəkar, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Treysi Marrou - amerikalı musiqiçi, reper, Body Count rok qrupunun vokalisti və aktyordur. “Qremmi” və “NAACP Image Award” mükafatları sahibidir. Ice-T 1980-cı illərin sonlarında Ice Cube və Eazy-E kimi qanqst-repin yaradıcılarından sayılır. “Qanun və qayda: Xüsusi korpus” serialında Odafin Totuol rolu onu tamaşaçılara həmçinin aktyor kimi tanıdıb. Kinoda ilk rolunu Ays-Ti “Bleyk-Dens” filmində alıb. Ardınca “Rikoşet”, “Yad ərazi”, “Nyu-Cek-Siti”, “Sağ qalma oyunları” və sair filmlərdə çəkilib. Lakin aktyorluq karyerasında ən yadda qalan rolu “Qanun və qayda: Xüsusi korpus” serialında Odafin Totuol obrazıdır. Həmin rola görə aktyor 2002-ci ildə “dram serialında ən yaxşı ikinci dərəcəli aktyor” kateqoriyasında “NAACP Image Award” mükafatına layiq görülüb.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ice-t_/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç