Lindsey Vagner

Lindsey Vagner

Aktrisa, prodüser

BİOQRAFİYA

Lindsi Vagner 22 iyun 1949 –cu ildə anadan olub. 1970-ci illərdə yayımlanan “Bionik qadın” məşhur serialında baş rolun ifaçısı kimi məşhurlaşıb. Vagner Kaliforniya ştatının Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub.  6 yaşında valideynləri boşanır və anası ilə birlikdə Pasadenə şəhərətrafı qəsəbəsinə köçür. Orenburq Universitetində təhsil alıb. Vagner karyerasına model kimi başlayıb. 1971-ci ildə Universal Studios ilə müqavilə imzalayıb. Daha sonra kino və televiziyada çəkilməyə başlayıb. 1973-cü ildə 20 Century Fox kinostudiyasının “Kağız təqibi” filmində baş rolda çəkilib. Həmin ildə “İkimiz” filmində fotomodel Didra rolunda çəkilib. 1976-cı ildə isə “Bionik qadın” serialında ən məşhur rolunu alıb. Bu rola görə 1977-ci ildə “dram teleserialında ən yaxşı qadın rolu” kateqoriyasında “Emmi” mükafatına layiq görülüb.  İki “Qızıl Qlobus” mükafatına namizəd olub.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%B3%D0%BD%D0%B5%D1%80,_%D0%9B%D0%B8%D0%BD%D0%B4%D1%81%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç