Fişer Stivens
Aktyor, ssenarist, prodüser, rejissor
Fişer Stivens - amerikalı aktyor, prodüser və rejissordur . “Oskar” mükafatı laureatıdır. 27 noyabr 1963-cü ildə doğulub. 13 yaşında ikən aktyorluq karyerasına başlamaq üçün Çikaqodan Nyu-Yorka köçür. Fişer Den Fokidən (Dan Fauci), daha sonra Uta Hagendən (Uta Hagen) aktyorluq dərsləri alır. 14 yaşında ilk dəfə Çarlz Dikkensin “Milad musiqiləri” əsəri əsasında qoyulan tamaşada peşəkar aktyor kimi səhnəyə çıxır. Stivens 1981-ci ildə “Yandırma” qorxu filmində aktyor kimi debüt edib. Aktyorluq karyerası ərzində kino və televiziyada 80-dən artıq rol ifa edib. “Qısaqapanma”, “Qısaqapanma 2”, “Super Mario qardaşları”, “Hakerlər”, “"Flaminqo"dan olan oğlan” filmlərində və “Sabah bu gün olacaq”, “Sağ qalmaq”, “Qarşıdurma” seriallarındakı rolları ilə məşhurlaşıb. Fişer nəinki film və teatr səhnələrində çıxış edir, eyni zamanda prodüser və rejissor kimi də çalışır. 2010-cu ildə Fişer Stivens prodüseri olduğu “Buxta” filminə görə “Ən yaxşı sənədli film” kateqoriyasında “Oskar” mükafatına layiq görülüb. 2012-ci ildə Al Paçino, Kristofer Uoken, Alan Arkinin iştirakı ilə çəkilən "Etibarlı oğlanlar" komediyasının rejissorudur.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/fisher_stevens/