Parker Soyers

Parker Soyers

Aktyor

BİOQRAFİYA

Parker Soyers (Parker Sawyers) 1984-cü ildə Vyetnam veteranı, məktəb müəllimi Ceyms Soyers və siyasətçi Paula Parker-Soyersin ailəsində anadan olub. Anası bir neçə il İndianapolis şəhər merinin müavini vəzifəsini tutub. Parker yeniyetmə olanda valideynləri boşanıb. Məktəb illərində boyunun uca olması ilə əlaqədar basketbolla məşğul olub. Attestatı aldıqdan sonra Çikaqo şəhərinə köçüb və model kimi fəaliyyət göstərməyə başlayıb. Onun 44-cü ABŞ prezidenti Barak Obama ilə oxşarlığı çoxlarının diqqətindən yan keçməyib. Nəticədə Barak Obama ilə Mişel Obama arasındakı sevgi münasibətlərinin hekayəsini danışan “Sautsayd səninlədir” bayopikinə çəkilib. 2016-cı ildə Soyers üçün kifayət qədər uğurlu il olub. Oliver Stounun “Snouden” bioqrafik siyasi dramına və “Daxildəki iblis” britaniya qorxu filminə çəkilib. 2017-ci ildə ekranlara onun iştirakı ilə “Mumya” macəra-döyüş filmi çıxıb. Filmdə çəkiliş meydançasını Rassel Krou, Tom Kruz kimi kinoulduzlarla bölüşüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/parker_sawyers/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç