Kristof Barratye
Prodüser, rejissor, ssenarist, aktyor
Kristof Barratye — fransalı kinorejissor, kinoprodüser və ssenaristdir. Kristof Barratye 17 iyun 1963-cü ildə Fransa, Parisdə аktrisa Eva Simone ailəsində anadan olub. Aktyor və kinoprodüser Jak Perrenin bacısı oğludur. Aktyorun ən uğurlu işi “Horistlər” filmi olub. Filmin musiqilərindən birini («Vois Sur Ton Chemin») Kristof özü bəstələyib. Bu kompozisiyası ilə o “Ən yaxşı film musiqisi” nominasiyasında “Oskar” mükafatına namizəd olub. Film özü isə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd olub. Lakin nə Barratye, nə də film mükafatı qazana bilməyiblər. “Horistlər” “ən yaxşı film musiqisi” “Brüno Kule” və “Ən yaxşı səs” nominasiyasında iki “Sezar” mükafatına layiq görülüb. Kristof Barratye 2008-ci ildə böyük ekranlara çıxan “Faubourg 36” (Paris! Paris!) filmdə çəkilib. “Autsayder” (2016), “Quşlar: Təbiət qanadları” ( 2002), “Quşlar” (2001), “Himalay dağları” (1999), “Mikrokosmos” (1996) və sair filmlərə prodüserlik edib. “Autsayder” (2016), “Düymələrin yeni savaşı” (2011), “Paris!Paris! (2008), “Horistlər” (2004), “Baş daşı” (2002) filmlərinin rejissoru və ssenaristi olub.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D1%80%D0%B0%D1%82%D1%8C%D0%B5,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%BE%D1%84