Əli Mosaffa

Əli Mosaffa

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Əli Mosaffa (Ali Mosaffa) – iranlı aktyor, ssenarist, prodüser və rejissordur. Əli Mosaffa 1 dekabr 1966-cı ildə Tehranda anadan olub. Atası məşhur iranlı şair və professor Məzahir Mosaffədir. Anası Əmir Banu Kərimi Tehran universitetinin fars ədəbiyyatı üzrə professoru olub (əri ilə birgə işləyib). Əli uşaq yaşlarından ingilis dilini öyrənib. Orta məktəbi bitirdikdən sonra Tehran Universitetinin “mühəndislik işi” fakültəsinə daxil olub. Universitetdə oxuduğu vaxt aktyorluq sənətinə məhəbbəti yaranıb. Əlinin çəkildiyi ilk filmlərdən biri Daryuş Mehrunun “Pəri” filmidir. Həmin filmdə oynadığı rol ona ən yaxşı aktyor nominasiyasında “Fəcr” kinofestivalının mükafatını qazandırıb. Rejissor karyerasına isə qısametrajlı filmlərin çəkilişi ilə başlayıb. 2005-ci ildə Mosaffa ilk tammetrajlı filmini çəkib. “Xanımın uzaqdan portreti” adlı həmin filmin həm də ssenari müəllifi olub. Həyat yoldaşı Leyla Hatəmi ilə “Leyla” filminin çəkiliş meydançasında tanış olub. Cütlüyün iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ali_mosaffa/

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç