İzabela Moner

İzabela Moner

Aktrisa

BİOQRAFİYA

İzabela Moner – gənc amerikalı aktrisa və müğənnidir. Daha çox “100 addım: Yuxarı siniflərə qədər” serialında oynadığı Si-Cey rolu ilə məşhurdur. İzabella 10 iyul 2001-ci ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində anadan olub. Anası perulu, atası amerikalıdır. Evin ortancıl uşağıdır. Covanni adlı kiçik qardaşı və Cared adlı böyük qardaşı var. Atasının amerikalı olmasına rəğmən özünü perulu hiss etdiyini dilə gətirir. Aktrisanın səhnə debütü 10 yaşında olanda Brodveyin “Evita” tamaşasında baş tutub. Orada səhnəyə Riki Martinlə çıxaraq, ispan dilində birgə mahnı ifa edib. Həmin il həmdə milli və beynəlxalq televiziya debütünü gerçəkləşdirib; The Net Big Thing New York şousunun müğənnisi olub. Aktrisalıq karyerasına 2013-cü ildə “Cekin tikdiyi ev” ailəvi romantik dramında Nadiya rolunu oynamaqla başlayıb. 2014-cü ildə “Ailə həyatı bələdçisi” serialında Cenni rolunda çıxış edib. 2015-ci ildə “Adamın parçalanması” filmində rol alıb. 2016-cı ildə “Transformerlər: Sonuncu sərkərdə” filminin aktyor heyətinə daxil olub. Daha sonra “Əsl dələ 2” cizgi filmində Hiter personajını səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%BD%D0%B5%D1%80,_%D0%98%D0%B7%D0%B0%D0%B1%D0%B5%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç