Bo Qarret

Bo Qarret

Aktrisa

BİOQRAFİYA

Bo Cessi Qarrett (ing. Beau Jessie Garrett) – amerikalı aktrisa və modeldir. Daha çox “Turistas”, “Fantastik dördlük”, “Tron: İrs” filmlərində oynadığı ikinci dərəcəli rolları ilə tanınır. Qarrett 28 dekabr 1982-ci ildə ABŞ-ın Kaliforniya ştatının Topanqa şəhərində anadan olub. Doğma şəhərində boya-başa çatıb. Uşaqlıq illərindən bəri at belində gəzməyi sevib. 1990-cı illərin sonlarında “Guess” şirkətinə model olaraq işə götürülüb. 2006-cı ildə “Turistas” filmində görüntülənib. 2007-ci ildə “Fantastik Dördlük” saqasının ikinci, “Gümüşü sörferin basqını” epizodunda ikinci plan rol alıb. 2010-cu ildə isə “Tron: İrs” filminin çəkilişlərində iştirak edib. Qarrett uzun müddət “Revlon” kosmetikasını reklam edib. Bundan başqa “Double D Ranch” və “CosmoGirl” modeli olub. 2014-cü ildə “Rəfiqələrin boşanma üzrə təlimatı” serialında mərkəzi rollardan birini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D1%80%D0%B5%D1%82%D1%82,_%D0%91%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç