Con Stokvell

Con Stokvell

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Con Stokvell Semüel (ing. . John Stockwell Samuels) - amerikalı aktyor, prodüser və kinorejissordur. Con Stokvell 25 mart 1961-ci ildə ABŞ-ın Texas ştatının Qalveston şəhərində anadan olub. Yaradıcı karyerasına İtaliyada qədəm qoyub. Bir müddət fotomodel kimi fəaliyyət göstərib. Həmin müddət bir sıra görkəmli incəsənət xadimləri ilə tanış olub. Buna misal kimi tanınmış rəssam Endi Uorhollu göstərmək olar. Sonuncu artıq uzun müddətdir ki, onun ən yaxın dostlarındandır. “Uorhollun gündəlikləri” adlı xatirə kitabında rəssam Stokvellə olan münasibətlərinə geniş yer ayırıb. İlk dəfə ekranlarda 80-ci illərin əvvəllərində - “Çox qəşəng” (So Fine) komediyasında görüntülənib. Amerikada onu populyar edən kino layihə “Onu itirərkən” adlı film olub. Ekran əsərində Tom Kruz və digər məşhurlar çəkilib. Bir neçə ildən sonra Stokvell “Mənim elmi layihəm” (My Science Project) adlı komediyaya çəkilib. 1986-cı il yenidən Tom Kruzla bir çəkiliş meydanını bölüşərək, “Ən yaxşı atıcı” (Top Gun) kəskin süjetli döyüş filminə çəkilib. 2006-cı ildə “Turistas” adlı trillerin rejissoru və prodüseri olub.


Ətralfı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%BE%D0%BA%D0%B2%D0%B5%D0%BB%D0%BB,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç